Cəmiyyət

Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - Yollardakı son vəziyyət açıqlandı

14 Jan 2026, 08:18 2 baxış
Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır - Yollardakı son vəziyyət açıqlandı
Hazırda Azərbaycanın şimal-qərb bölgəsinə güclü qar yağır. Oxu.Az xəbər verir ki, kəskin hava şəraiti səbəbindən yollarda bəzi çətinliklər müşahidə edilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən Oxu.Az-a verilən məlumata görə, Qax-Zaqatala, Şəki-Qax, Qax-İlisu avtomobil yollarında, həmçinin Qax şəhərinin giriş yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi tədbirləri davam etdirilir.
Bundan başqa, Qəbələ-Laza avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi işləri aparılır. Eyni zamanda, Bakı-Şamaxı-Yevlax avtomobil yolunda, həmçinin ərazi üzrə yerli əhəmiyyətli avtomobil yollarında körpülərin üzərində buzlaşma qeydə alınıb.
Bundan başqa, respublika əhəmiyyətli Muğanlı-İsmayıllı avtomobil yolunda qarın yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər davam etdirilir. Həmçinin ərazi üzrə yerli əhəmiyyətli Lahıc-Burovdal avtomobil yolunda qarın və qaya parçalarının yolun hərəkət hissəsindən təmizlənməsi, buzlaşmaya qarşı tədbirlər aparılır. Agentlik tərəfindən hərəkətin təhlükəsizliyi və fasiləsizliyi təmin edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər