İqtisadiyyat

ABŞ-dan neftin qiyməti ilə bağlı gözlənilməz proqnoz...

13 Jan 2026, 22:05 1 baxış
ABŞ-dan neftin qiyməti ilə bağlı gözlənilməz proqnoz...

ABŞ Energetika Nazirliyi (EIA) 2026-cı ildə "Brent" markalı xam neftin orta qiyməti ilə bağlı proqnozunu 1,43% artıraraq bir barel üçün 55,08 dollardan 55,87 dollara çatdırıb.


Axar.az xəbər verir ki, 2027-ci ildə "Brent" markalı xam neftin qiyməti orta hesabla 54,02 dollar/barel olacaq.


Nazirlik qlobal neft istehsalının qlobal tələbatı üstələməsi və bunun nəticəsində ehtiyatların artması ilə neft qiymətlərinin 2026-cı ildə düşəcəyini gözləyir. Vurğulanıb ki, qlobal ehtiyatlar 2027-ci ildə daha yavaş olsa da, artmağa davam edəcək.


Bundan əlavə, qurum 2026-cı ildə ölkədə neft hasilatı proqnozunu gündə 13,59 milyon barelə qaldırıb və 2027-ci ildə istehsalın gündə 13,25 milyon barelə çatacağını gözləyir.

Mənbə axar.az

Oxşar Xəbərlər