Cəmiyyət

Müdafiə Nazirliyinin sabiq rəisinin cəzası azaldıldı

13 Jan 2026, 18:28 2 baxış
Müdafiə Nazirliyinin sabiq rəisinin cəzası azaldıldı
Ali Məhkəmədə mənimsəmədə ittiham olunaraq azadlıqdan məhrum edilən Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanovun barəsində olan hökmdən verilən kassasiya şikayətinə baxılıb. Oxu.Az-ın məlumatına görə, hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə şikayət araşdırılıb və qərar qəbul edilib. Məhkəmənin qərarı ilə M.Qurbanovun cəzası 6 il 6 aydan 6 ilə endirilib. Qeyd edək ki, M.Qurbanov Bakı Hərbi Məhkəməsinin qərarı ilə 4 il azadlıqdan məhrum edilib. Prokurorluq hökmdən apellyasiya protesti verərək, onun cəzasının artırılmasını istəmişdi. Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə birinci instansiya məhkəməsinin hökmü dəyişdirilərək, M.Qurbanovun cəzası 6 il 6 aya qaldırılmışdı. İttihama görə, M.Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi vəzifəsində çalışsa da, 2019-cu ildə ehtiyata buraxılıb. 2021-ci ildə o, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları tərəfindən saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. O, Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham olunub. M.Qurbanov 542 min 438 manat mənimsəmədə təqsirləndirilib. Samir Əli
Mənbə oxu.az

Oxşar Xəbərlər