Cəmiyyət

Qusarda maşın vuran məktəblilərin SON DURUMU AÇIQLANDI

13 Jan 2026, 17:34 2 baxış
Qusarda maşın vuran məktəblilərin SON DURUMU AÇIQLANDI
Qusar şəhərində maşın vuran məktəblilərin son vəziyyəti açıqlanıb. Oxu.Az-ın sorğusuna cavab olaraq Qusar Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yanvarın 13-də, saat 14:00-da Qusar rayonu ərazisində baş verən yol-nəqliyyat hadisəsində yaralanmış iki nəfər (qadın cinsli) Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. "2009-cu il və 2010-cu il təvəllüdlü pasiyentlərə qapalı kəllə-beyin travması, bədənin müxtəlif nahiyələrinin əzilməsi diaqnozları qoyulub və zəruri tibbi xidmətlər göstərilib. Hər iki pasiyentin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir", - deyə məlumatda qeyd olunub. Əzizə İsmayılova
Mənbə oxu.az

Oxşar Xəbərlər