Cəmiyyət

Maşın məktəbliləri vurdu: xəsarət alanlar var

13 Jan 2026, 17:41 2 baxış
Maşın məktəbliləri vurdu: xəsarət alanlar var

Qusar şəhərində məktəblilərin vurulması ilə nəticələnə yol-nəqliyyat hadisəsi baş verib.


Axar.az Report-a istinadən xəbər verir ki, hadisə 2 nömrəli məktəbin qarşısında baş verib.


Hərəkətdə olan avtomobil yolu keçmək istəyən iki məktəblini vurub.


Hadisə nəticəsində 2009-cu il təvəllüdlü E.Piriyeva və 2010-cu il təvəllüdlü A.Vəlixanova müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya aparılıblar.


Faktla bağlı araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər