Cəmiyyət

MN-in sabiq idarə rəisinin cəzası azaldıldı

13 Jan 2026, 17:47 2 baxış
MN-in sabiq idarə rəisinin cəzası azaldıldı

Mənimsəmədə təqsirləndirilən Müdafiə Nazirliyinin Satınalma və Təchizat İdarəsinin sabiq idarə rəisi Məlikməmməd Qurbanovun cəzası azaldılıb.


Axar.az Report-a istinadən xəbər verir ki, bu barədə Ali Məhkəmədə hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar verilib.


Qərara əsasən, onun cəzası 6 il 6 aydan 6 ilə endirilib.


Qeyd edək ki, Məlikməmməd Qurbanov 2015-2019-cu illərdə Müdafiə Nazirliyinin Satınalmalar və Təchizat İdarəsinin rəisi olub. 2019-cu ildə ehtiyata buraxılıb.


2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.


Ona Cinayət Məcəlləsinin 179.4-cü maddəsi ilə ittiham irəli sürülüb.


Bakı Hərbi Məhkəməsinin hökmü ilə Məlikməmməd Qurbanov 4 il müddətinə azadlıqdan məhrum olunub.


Daha sonra apellyasiya protestinə əsasən, Bakı Apellyasiya Məhkəməsi Məlikməmməd Qurbanovun cəzasını 2 il 6 ay çoxaldıb.


Apellyasiya məhkəməsi Məlikməmməd Qurbanovun üzərində qəti olaraq 6 il 6 ay cəza saxlamışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər