Cəmiyyət

Zaqatalanın mərkəzindəki antisanitar vəziyyətə dair RƏSMİ AÇIQLAMA

13 Jan 2026, 16:24 2 baxış
Zaqatalanın mərkəzindəki antisanitar vəziyyətə dair RƏSMİ AÇIQLAMA
Zaqatala şəhərinin mərkəzi hissəsində məişət tullantılarının toplanması narazılıq yaradıb. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkədə paylaşım edilib. Qeyd olunub ki, şəhərin Nazim Hikmət küçəsindən tullantılar vaxtında daşınmadığı üçün ərazidə antisanitar vəziyyət hökm sürür.


Oxu.Az-ın sorğusuna cavab olaraq Zaqatala şəhəri üzrə icra nümayəndəliyindən məsələyə aydınlıq gətirilib. Qeyd olunub ki, sözügedən ərazidə karton tədarükü üçün sahibkara məxsus qoşqu olub: "Həmin qoşqu yandığı üçün ərazinin təmizlənməsinə fasilə verilməli olub. Artıq qoşqu buradan götürülüb. Ərazi tullantılardan təmizlənib".



Əzizə İsmayılova
Zaqatalanın mərkəzindəki antisanitar vəziyyətə dair RƏSMİ AÇIQLAMA Zaqatalanın mərkəzindəki antisanitar vəziyyətə dair RƏSMİ AÇIQLAMA Zaqatalanın mərkəzindəki antisanitar vəziyyətə dair RƏSMİ AÇIQLAMA Zaqatalanın mərkəzindəki antisanitar vəziyyətə dair RƏSMİ AÇIQLAMA Zaqatalanın mərkəzindəki antisanitar vəziyyətə dair RƏSMİ AÇIQLAMA Zaqatalanın mərkəzindəki antisanitar vəziyyətə dair RƏSMİ AÇIQLAMA
Mənbə oxu.az

Oxşar Xəbərlər