Cəmiyyət

Göyçayın mərkəzindəki antisanitar vəziyyətdən ŞİKAYƏT: Qurum hərəkətə keçdi

13 Jan 2026, 14:20 2 baxış
Göyçayın mərkəzindəki antisanitar vəziyyətdən ŞİKAYƏT: Qurum hərəkətə keçdi
Göyçay şəhərinin mərkəzində yerləşən ərazidəki antisanitar vəziyyət yerli sakinlərin narahatlığına və narazılığına səbəb olub. Oxu.Az-ın məlumatına görə, vəziyyətlə bağlı sosial şəbəkələrdə paylaşımlar edilib. Sakinlərin bildirdiyinə görə, şəhərin Heydər Əliyev prospektində yerləşən marketin ətrafında uzun müddətdir ki, ciddi antisanitar vəziyyət hökm sürür. Aidiyyəti qurumlar tərəfindən isə uzun müddətdir ərazinin təmizlənməsi üçün heç bir tədbir görülmür.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusunu cavablandıran Göyçay şəhər Təsərrüfat Birliyindən bildirilib ki, artıq problem aradan qaldırılıb: "Daxil olan müraciət əsasında əməkdaşlarımız əraziyə cəlb ediliblər. Artıq ərazi tamamilə tullantılardan təmizlənib".


Əzizə İsmayılova
Göyçayın mərkəzindəki antisanitar vəziyyətdən ŞİKAYƏT: Qurum hərəkətə keçdi Göyçayın mərkəzindəki antisanitar vəziyyətdən ŞİKAYƏT: Qurum hərəkətə keçdi Göyçayın mərkəzindəki antisanitar vəziyyətdən ŞİKAYƏT: Qurum hərəkətə keçdi Göyçayın mərkəzindəki antisanitar vəziyyətdən ŞİKAYƏT: Qurum hərəkətə keçdi Göyçayın mərkəzindəki antisanitar vəziyyətdən ŞİKAYƏT: Qurum hərəkətə keçdi
Mənbə oxu.az

Oxşar Xəbərlər