Kriminal
Xaçmazda evdə yanğın baş verib, 90 yaşlı qadının meyiti tapılıb
Xaçmaz rayonunun Xanoba kəndində fərdi yaşayış evində yanğın baş verib. Oxu.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb. Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Yanğın yerinin müayinəsi zamanı ev sahibi, 1936-cı il təvəllüdlü İsrafilova Minacət Seyfəddin qızının meyiti yanğınsöndürənlər tərəfindən aşkar edilib. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Mənbə
oxu.az