Cəmiyyət

Bu tarixlərdə geomaqnit qasırğası olacaq - Rəsmi

12 Jan 2026, 21:27 2 baxış
Bu tarixlərdə geomaqnit qasırğası olacaq - Rəsmi

12-18 yanvarda geomaqnit qasırğası olacaq.


Axar.az xəbər verir ki, bu barədə N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.


Qeyd olunub ki, proqnoz günlərində C sinif alışmanın baş verməsi ehtimalı 65%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 15%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 1% təşkil edir.


Enerjisi 2 MeV-dən çox olan elektron selinin yenidən yüksələcəyi, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.


Günəş küləyinin sürətinin Tac Dəliyi Axınlarının təsiri ilə normadan yüksək səviyyədə qalacağı gözlənilir.


Geomaqnit sahəsi – bu gün TKA və Tac Dəliyi Axınlarının təsiri ilə orta səviyyəli geomaqnit qasırğası (G2) ehtimalı var. Sonra isə rekurrent Tac Dəliklərinin təsiri ilə 13-16 yanvarda yenidən geomaqnit sahəsinin intensivliyinin G1 səviyyəsinə yüksələcəyi gözlənilir.

Mənbə axar.az

Oxşar Xəbərlər