Cəmiyyət
Gəncədə xəstəxana yaxınlığındakı antisanitar vəziyyət ARADAN QALDIRILDI
Gəncə şəhərində Abbas Səhhət adına xəstəxananın ətrafının zibilliyə çevrilməsi sakinlərin narazılığına səbəb olub. Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə məlumat paylaşılıb.
Bildirilib ki, yaşayış məntəqəsinin bir addımlığında yerləşən əraziyə atılan tullantılar uzun müddətdir təmizlənmir. Nəticədə ərazidə ciddi antisanitar vəziyyət yaranıb. "Təəssüf ki, ərazinin təmizlənməsi üçün heç bir addım atılmır", - deyə şikayətdə bildirilir.
Oxu.Az-ın sorğusuna cavab olaraq Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyindən (MKTİB) bildirilib ki, artıq problem həll olunub: "Şəhərin Məmməd Xələfov küçəsindəki vəziyyətlə bağlı müraciət əsasında Birliyin əməkdaşları dərhal əraziyə cəlb olunublar. Ətrafın tam təmizlənməsi üçün müvafiq bütün işlər aparılıb", - deyə məlumatda bildirilir.
Əzizə İsmayılova

Mənbə
oxu.az
Oxşar Xəbərlər