İqtisadiyyat

Gümüşün qiyməti tarixi maksimumunu yenilədi

12 Jan 2026, 18:26 1 baxış
Gümüşün qiyməti tarixi maksimumunu yenilədi
"Comex" birjasında (Nyu-York Ticarət Birjasının bölməsi) 2026-cı ilin mart ayında çatdırılma ilə gümüş füçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib və trua unsiyası üçün 85 dolları keçib. Oxu.Az-ın xəbərinə görə, bunu ticarət platformasının məlumatları göstərir. Bakı vaxtı ilə saat 17:05-ə olan məlumata görə, qiymətli metalın dəyəri 7.18% artaraq trua unsiyası üçün 85.035 dollara çatıb. Bakı vaxtı ilə saat 17:10-a qədər gümüşün qiyməti artımını sürətləndirib və trua unsiyası üçün 85.27 dollara (+7.47%) çatıb. Eyni zamanda, "Comex" birjasında 2026-cı ilin fevral ayında çatdırılma ilə qızıl füçersləri trua unsiyası üçün 4 614.5 dollar (+2.52%) təşkil edib.
Mənbə oxu.az

Oxşar Xəbərlər