Digər

1419-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

12 Jan 2026, 18:38 1 baxış
1419-cu gün: Rusiya Ukraynanın itkilərini yenilədi

Rusiya müharibənin 1419-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.


Axar.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.


“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 670 təyyarəsi, 283 helikopteri, 108 458 PUA-sı, 645 zenit-raket kompleksi, 27 074 tank və digər zirehli texnikası, 1 640 reaktiv yaylım atəş sistemi, 32 517 artilleriya və minaatanı, 51 537 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər