Cəmiyyət

"Sayğac qəbiristanlığı" iddiasına "Azəriqaz"dan reaksiya - Video

12 Jan 2026, 17:26 2 baxış
"Sayğac qəbiristanlığı" iddiasına "Azəriqaz"dan reaksiya - Video

"Azəriqaz" İstehsalat Birliyinin (İB) Ağsu Regional Qaz İstismarı İdarəsinin həyətində xeyli sayda nəzarətsiz qaz sayğaclarının toplanıldığına dair görüntülər yayılıb. Vətəndaş iddia edir ki, sözügedən sayğacların bir hissəsi yenidir.


Axar.az xəbər verir ki, qurumun mətbuat katibi Eldəniz Vəliyev Oxu.az-a açıqlamasında əhali kateqoriyasına aid abonentlərin 5 ildən, sahibkarlıq subyektlərinin sayğaclarının isə 3 ildən bir dövrü dövlət yoxlanılmasına aparıldığını bildirib.


"Videoda görünən sayğaclar isə dövrü dövlət yoxlaması bitən abonentlərin sayğaclarıdır ki, onlar mərhələli şəkildə Metrologiya İnstitutuna aparılır. Burada qeyri-adi nəsə yoxdur. Qurumun həyətinə yığılan sayğaclar daha sonra anbara daşınır. Abonent "Azəriqaz" İB-nin işgüzar nüfuzuna təsir etmək istəyir. Amma bu, mümkün deyil. Hər şey nəzarət altındadır", - deyə E.Vəliyev bildirib.

Mənbə axar.az

Oxşar Xəbərlər