Cəmiyyət

Sabah bu şəhərdə qaz olmayacaq

12 Jan 2026, 17:53 2 baxış
Sabah bu şəhərdə qaz olmayacaq

Sabah Şirvan şəhərinin bir hissəsinin qaz təchizatında fasilə yaranacaq.


Bu barədə Axar.az-a "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.


Bildirilib ki, Şirvan şəhəri Naxçıvan küçəsində yerləşən 1 264 mənzilli, 25 binadan ibarət "MİDA" MMC yaşayış kompleksinin təbii qazla təmin olunması məqsədilə yeni çəkilmiş qaz xəttinin texniki şərtə əsasən "Şirvan Əhali" ölçü qovşağından qidalanan diametri 530 mm-lik mövcud kollektora birləşdiriləcək.


Bu məqsədlə saat 10:00-dan etibarən işlər başa çatanadək Şirvan şəhərinin bir hissəsində (ümumi 4 705 abonent) qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

Mənbə axar.az

Oxşar Xəbərlər