Cəmiyyət

Bakı buxtasında ekoloji vəziyyət yaxşılaşdırılacaq

12 Jan 2026, 16:22 2 baxış
Bakı buxtasında ekoloji vəziyyət yaxşılaşdırılacaq
Bakı buxtasında ekoloji vəziyyət yaxşılaşdırılacaq. Oxu.Az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Bakı şəhərində və Abşeron yarımadasında su təchizatı, yağış və tullantı suları sistemlərinin təkmilləşdirilməsinə dair 2026−2035-ci illər üçün Dövlət Proqramı"nda öz əksini tapıb. Sənədə əsasən Bakı şəhərinin qəsəbələrində kanalizasiya sisteminin yenilənməsi, eləcə də Bakı buxtasının və Xocəsən, Qırmızı, Qu və Lökbatan göllərinin ekoloji vəziyyətinin yaxşılaşdırılması nəzərdə tutulur. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər