Digər

Şahçılar mücahidi ABŞ-da belə döydü – Video

12 Jan 2026, 15:17 1 baxış
Şahçılar mücahidi ABŞ-da belə döydü – Video

Kanadanın Toronto şəhərində güneyli milli fəala hücumdan sonra analoji hadisə ABŞ-ın Los-Anceles şəhərində də yaşanıb.


Axar.az xəbər verir ki, Los-Ancelesdə Pəhləvi tərəfdarlarının İrandakı aksiyalara dəstək üçün keçirdikləri aksiyaya bir mücahid avtomobilinin üzərinə “Şaha yox! Rejimə yox! ABŞ, 1953-cü ili təkrar etmə! Mollaya yox!” şüarları yazılan avtomobillə gəlib.


Fars millətçiləri isə ona hücum edib, zorakılıq göstəriblər. Polislərin müdaxiləsi nəticəsində fəal sağ qala bilib.


Qeyd edək ki, bundan öncə Torontodakı aksiyada azərbaycanlı milli fəal eyni şəkildə hücuma məruz qalmışdı.

Mənbə axar.az

Oxşar Xəbərlər