Cəmiyyət

Prezident sərəncam imzaladı

12 Jan 2026, 15:38 2 baxış
Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyul tarixli 417 nömrəli sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.


Axar.az sərəncamın mətnini təqdim edir:


1. “Azərbaycan Respublikası və Latviya Respublikası arasında iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyul tarixli 417 nömrəli sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 7, maddə 593 (Cild I) 1-ci hissəsində “ekologiya və təbii sərvətlər” sözləri “kənd təsərrüfatı” sözləri ilə əvəz edilsin.


2. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi bu sərəncamın 1-ci hissəsi ilə edilən dəyişiklik barədə Latviya Respublikası tərəfinə bildiriş göndərsin.

Mənbə axar.az

Oxşar Xəbərlər