Cəmiyyət

Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

12 Jan 2026, 14:18 2 baxış
Bakı İsraildəki bu layihəyə 270 milyon yatıra bilər

Azərbaycan İsraildə suyun duzsuzlaşdırılması (desalinasiya) şirkətində 270 mln. dollarlıq pay ala bilər.


Axar.az APA-ya istinadən xəbər verir ki, Azərbaycan İnvestisiya Holdinqi (AIH) İsrailin suyun duzsuzlaşdırılması üzrə IDE şirkətində 30%-lik payın planlaşdırılan satın alınması ərəfəsində ətraflı yoxlama (due diligence) aparır.


Qeyd edək ki, IDE İsraildə ən böyük desalinasiya şirkətidir. Şirkət İsraildə desalinasiya olunmuş suyun 45%-nə cavabdehdir. Əgər sövdələşmə baş tutarsa, bu, Azərbaycanın İsraildə ikinci böyük dövlət investisiyası olacaq. Birinci belə investisiya 2025-ci ilin yayında SOCAR tərəfindən Tamar qaz yatağının 10%-lik payının 1,25 milyard dollara alınması olub.

Mənbə axar.az

Oxşar Xəbərlər