İqtisadiyyat

Banklarda bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib

12 Jan 2026, 13:08 1 baxış
Banklarda bazar risklərinin idarə edilməsi qaydası təsdiqlənib
Banklarda bazar risklərinin idarə edilməsi qaydasının və açıq valyuta mövqeyi limitlərinin müəyyən edilməsi qaydası təsdiq edilib. Oxu.Az xəbər verir ki, bu barədə Mərkəzi Bankın sədrinin birinci müavini Əliyar Məmmədyarov qərar imzalayıb. Qərara əsasən, bank apardığı əməliyyatların növünə, həcminə, fəaliyyətinin xüsusiyyətlərinə, fəaliyyət göstərdiyi mühitə və risk profilinə adekvat bazar risklərinin idarə edilməsi sistemini formalaşdıracaq. Sistem bankın fəaliyyəti üzrə siyasətlərinə adekvat şəkildə formalaşdırılmalı və azı aşağıdakı məsələləri əhatə etməlidir: - Bazar risklərinin idarə edilməsi siyasəti və qaydalarını; - Bazar risklərinin ölçülməsinə dair tələbləri; - Borc, kredit və fəaliyyət dəqiqliyi riskləri (BKFDR) ölçülməsinə dair tələbləri; - Stres-testlərə dair tələbləri; - Bazar risklərinin monitorinqini və hesabatlılığı. Bazar risklərinin idarə edilməsi sistemi bankın bütün struktur bölmələrini, ölkədaxili və ölkədənkənar əməliyyat bölmələrini, habelə törəmə təsərrüfat cəmiyyətlərini əhatə edir. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər