Cəmiyyət

Azərbaycanda dərsə davamiyyəti bərpa edilən uşaqların sayı bəlli oldu

12 Jan 2026, 13:10 2 baxış
Azərbaycanda dərsə davamiyyəti bərpa edilən uşaqların sayı bəlli oldu
"2025-ci ildə ölkə ərazisində 133 şagirdin dərsə davamiyyəti bərpa olunub". Oxu.Az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov DOST TV-nin efirində çıxışı zamanı deyib. O qeyd edib ki, "təhsildə sosial iş" xidməti çərçivəsində 1400 risk qrupunda olan uşaq qiymətləndirilib: "Onların təhsildən yayınmasının qarşısı alınıb, Bakıda və digər bölgələrdə ailələrlə birgə iş aparılıb. Ümumilikdə 1100 məktəbi əhatə etmişik. Mütəmmadi olaraq bu işlər görülür. Məqsədimiz bütün ölkəni bu xidmət ilə əhatə etməkdir. Biz risk qrupunda olan uşaqları müəyyən etməyə çalışırıq ki, onlar gələcəkdə neqativ hallar yaşamasınlar". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər