İqtisadiyyat

2026-cı il büdcəsində neft və qaz tranzitindən gəlirlər hansı səviyyədə olacaq?

12 Jan 2026, 12:38 1 baxış
2026-cı il büdcəsində neft və qaz tranzitindən gəlirlər hansı səviyyədə olacaq?
Dövlət Neft Fondunun 2026-cı il büdcəsində neftin və qazın Azərbaycan ərazisi ilə tranzitindən əldə edilən gəlirlər 2.2 min ABŞ dolları və ya 3.7 min manat səviyyəsində proqnozlaşdırılıb. Oxu.Az xəbər verir ki, bu barədə Hesablama Palatasının Dövlət Neft Fondunun 2026-cı il büdcəsinə verdiyi rəydə qeyd olunub. Qeyd olunur ki, sözügedən göstərici manat ifadəsində 2025-ci il üzrə gözlənilən daxilolma ilə təqribən eyni səviyyədədir. Cari ildə Rusiya-Ukrayna münaqişəsinin davam etməsi nəticəsində Qərb ixrac boru kəməri və Qara dəniz marşrutu vasitəsilə xam neftin nəqlinin dayandırılması səbəbindən Əməliyyat Şirkəti növbəti ildə bu maddə üzrə daxilolmaların olmayacağını proqnozlaşdırıb. Bu şəraitdə aidiyyəti gəlir istiqamətinin Neft Fondunun 31.08.2025-ci il tarixinə olan faktiki daxilolmalar səviyyəsində proqnozlaşdırılması məqsədəuyğun hesab edilib. Məlik Məlikov
Mənbə oxu.az

Oxşar Xəbərlər