Cəmiyyət

Ötən il 54,5 min şəxsə əlillik təyin olunub

12 Jan 2026, 12:46 2 baxış
Ötən il 54,5 min şəxsə əlillik təyin olunub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2025-ci il ərzində 54.5 min şəxsə əlillik təyin edilib. Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Bildirilib ki, onlardan 25.3 min şəxsə ilkin, 29.2 min şəxsə isə təkrar əlillik təyinatı aparılıb. Əlilliyin qiymətləndirilməsi elektron sistem üzərindən, səhiyyə müəssisəsinin e-sistemə daxil etdiyi göndərişlərdəki məlumatlar əsasında həyata keçirilir. Əlillik təyinatından sonra e-sistem üzərindən proaktiv qaydada sosial ödənişlər təyin edilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər