Cəmiyyət
Dörd yeni Sosial Xidmət Mərkəzi yaradılacaq - RƏSMİ
"2026-cı ildə dörd yeni Sosial Xidmət Mərkəzinin yaradılması planlaşdırılır". Oxu.Az xəbər verir ki, bunu Sosial Xidmətlər Agentliyinin İdarə Heyətinin sədri Vüqar Behbudov DOST TV-nin efirində çıxışı zamanı deyib. O bildirib ki, yeni mərkəzlərin Bakı şəhərinin Xəzər, Xətai rayonlarında və digər ərazilərdə yaradılması nəzərdə tutulur. Sədr vurğulayıb ki, ötən il mövcud Sosial Xidmət mərkəzlərində 700-dən çox xidmət göstərilib. Aygün Mirakif
Mənbə
oxu.az
Oxşar Xəbərlər