Cəmiyyət
Ağdərədə minaya düşən şəxsin vəziyyəti AÇIQLANDI
Ağdərədə minaya düşərək xəsarət alan şəxsin vəziyyəti açıqlanıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bərdə Rayon Mərkəzi Xəstəxanasından (RMX) bildirilib: "1988-ci il təvəllüdlü şəxsin (kişi) müalicəsi Bərdə RMX-nin Reanimasiya şöbəsində davam etdirilir. Partlayış travması, sağ ayağın aşağı 1/3 travmatik amputasiyası diaqnozları təyin edilən pasiyentin vəziyyəti stabil qiymətləndirilir". Şükufə Süleymanlı
Mənbə
oxu.az
Oxşar Xəbərlər