İqtisadiyyat
Azərbaycandan Ermənistana neft məhsulları göndərilib
Azərbaycandan Ermənistana neft məhsullarının tədarükü davam etdirilir. Oxu.Az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən verilən məlumata görə, bu gün 1742 ton Aİ-95 benzin və 956 ton dizel olmaqla, cəmi 2698 ton (ümumilikdə 48 vaqon) yük Biləcəri stansiyasından Ermənistana göndərilib.
"Bundan əvvəl, 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova
"Bundan əvvəl, 18 dekabrda Ermənistana 1220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova
Mənbə
oxu.az