Siyasət

Papoyan: "Ermənistanda benzinin qiyməti Azərbaycan neft məhsulları sayəsində azala bilər"

09 Jan 2026, 10:40 1 baxış
Papoyan: "Ermənistanda benzinin qiyməti Azərbaycan neft məhsulları sayəsində azala bilər"
Ermənistan Azərbaycandan daha 7 600 ton neft məhsulu idxal etməyi planlaşdırır. Oxu.Az-ın məlumatına görə, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevork Papoyan özünün "Facebook" hesabında məlumat verib. "2026-cı il yanvarın 8-də olan məlumata görə, artıq Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 8 485 ton Rusiya taxılı daxil olub. Bundan əlavə 4 103 ton taxıl yoldadır, həmçinin 7 600 ton Azərbaycan neft məhsulları var ki, bunun 6 100 tonu benzin və 1500 tonu dizel yanacağıdır", - deyə nazir yazıb. O xatırladıb ki, 2025-ci ildə Azərbaycan ərazisindən dəmir yolu ilə Ermənistana 6 580 ton taxıl, o cümlədən 1 000 ton Qazaxıstan və 5 580 ton Rusiya taxılı, eləcə də 1 210 ton Azərbaycan benzini daxil olub. Nazir, həmçinin qeyd edib ki, Ermənistana Azərbaycan neft məhsullarının yeni partiyasının gəlməsi ilə əlaqədar benzinin qiymətində azalma gözlənilir: "Artıq qeyd etdiyim kimi, benzin və dizel yanacağının qiymətində əvvəlki ayın qiymətləri ilə müqayisədə litr üçün 80 dram (0.36 manat) azalma gözlənilir".
Mənbə oxu.az

Oxşar Xəbərlər