Siyasət

Sahil Babayevə müavin təyin edildi - Sərəncam

08 Jan 2026, 20:15 1 baxış
Sahil Babayevə müavin təyin edildi - Sərəncam

Natiq Həsənov maliyyə nazirinin müavini təyin edilib.


Axar.az Bakupost.az-a istinadla xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalanıb.


Qeyd edək ki, N.Həsənov 1979-cu ildə anadan olub, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və bələdiyyə idarəetməsi fakültəsini bitirib, Dövlət İqtisad Universitetində magistr təhsili alıb.


O, 2008-2011-ci illərdə İqtisadiyyat Nazirliyində Sahibkarlığın inkişafı siyasəti şöbəsində məsləhətçi, 2011-2012-ci illərdə İqtisadiyyat Nazirliyinin İqtisadi siyasət, təhlil və proqnozlaşdırma şöbəsində Qeyri-neft sahələrinin inkişafı sektorunun müdiri, 2012-2018-ci illərdə İqtisadiyyat Nazirliyinin Dövlətlərarası iqtisadi əməkdaşlıq şöbəsinin müdiri, 2018-ci ildən isə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini vəzifələrində işləyib.


2025-ci ilin mart ayından Maliyyə Nazirliyində Aparat rəhbəri vəzifəsində çalışırdı.

Mənbə axar.az

Oxşar Xəbərlər