İqtisadiyyat

Beynəlxalq Banka məxsus 471 min manatlıq obyekt hərraca çıxarılıb

08 Jan 2026, 14:24 1 baxış
Beynəlxalq Banka məxsus 471 min manatlıq obyekt hərraca çıxarılıb
2026-cı il fevralın 12-də "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin balansında olan daşınmaz əmlak hərraca çıxarılacaq. Oxu.Az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, satışa çıxarılan əmlak Xaçmaz şəhəri, Hüseyn bəy Rəsulbəyov küçəsi, giriş 68 ünvanında yerləşən qeyri-yaşayış binasıdır. Daşınmaz əmlakın ümumi sahəsi 472.1 kvadratmetr, torpaq sahəsinin ölçüsü isə 0.0314 hektar təşkil edir. Əmlakın start qiyməti 471 min manatdır. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər