Cəmiyyət
Bakı-Balakən-Bakı reysinə biletlərin QİYMƏTİ ENDİRİLDİ
Bakı-Balakən-Bakı istiqamətində hərəkət edən qatar reyslərinə biletlərin qiyməti endirilib. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb. Bildirilib ki, ADY 2026-cı il yanvarın 5-dən etibarən Bakı-Balakən-Bakı marşrutu üzrə biletlərə 10% endirim tətbiq edir. Belə ki, qış mövsümündə qüvvədə olacaq yeni tarifə əsasən, həftəiçi Bakıdan Balakənə və əks istiqamətə gediş haqqı artıq 16.2 manatdan başlayır.
Mənbə
oxu.az