Cəmiyyət

Ötən il mina partlaması nəticəsində ölən və yaralananların sayı BİLİNDİ

08 Jan 2026, 14:32 2 baxış
Ötən il mina partlaması nəticəsində ölən və yaralananların sayı BİLİNDİ
2025-ci ildə baş vermiş 24 mina hadisəsi nəticəsində 33 nəfər zərərçəkən qeydə alınıb. Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən məlumat verilib. Bildirilib ki, mina partlamaları nəticəsində 1 nəfər həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb: "ANAMA işğaldan azad edilmiş ərazilərdə vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları yerlərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan hissələrə müdaxilə etməməyə çağırır". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər