İqtisadiyyat

2025-ci ildə mülk alanlara 31 milyon manatdan çox ƏDV qaytarılıb

08 Jan 2026, 14:40 1 baxış
2025-ci ildə mülk alanlara 31 milyon manatdan çox ƏDV qaytarılıb
2025-ci ildə Azərbaycanda nağdsız qaydada daşınmaz əmlak alanlara 31 milyon 366.9 min manat əlavə dəyər vergisi (ƏDV) geri qaytarılıb. Oxu.Az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, ölkədə yaşayış və qeyri-yaşayış sahələrinin alınması zamanı ödənilmiş ƏDV-nin bir hissəsinin vətəndaşlara qaytarılması ilə bağlı "ƏDV geri al" layihəsi uğurla davam etdirilir: "Layihə çərçivəsində Azərbaycan Respublikası ərazisində bina tikintisi ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsi fiziki şəxs olan istehlakçılara geri ödənilir". Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər