İqtisadiyyat
Paşinyan: "Bakı və İrəvan qarşılıqlı maraq doğuran malların siyahısını müzakirə edirlər"
"Ermənistan və Azərbaycan alqı-satqısında qarşılıqlı maraq duyduqları malların siyahısını müzakirə edirlər". Oxu.Az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan yerli telekanallara müsahibəsində Azərbaycanın neft məhsullarının Ermənistana idxalı ilə bağlı razılaşmaya dair suala cavab verərkən deyib. Baş nazir bildirib: "Proses davam edir, yeni xəbər olanda bu barədə məlumat veriləcək. Hazırda müzakirələr gedir. Bilirəm ki, malların alqı-satqısına dair ilkin siyahılar mübadilə olunub, amma araşdırmalar hələ də davam edir" N.Paşinyan qeyd edib ki, hökumət özəl şirkətləri Azərbaycan neft məhsullarını idxal etməyə məcbur etməyib, sadəcə onlara uyğun fürsətin mövcud olduğunu bildirib. Azərbaycandan Ermənistana ilk neft məhsullarının göndərilməsi 18 dekabr 2025-ci ildə baş tutub.
Mənbə
oxu.az