Cəmiyyət

Azərbaycanda 83 kişi zorakılığa məruz qaldı

08 Jan 2026, 14:27 1 baxış
Azərbaycanda 83 kişi zorakılığa məruz qaldı

2025-ci ildə Azərbaycanda 83 kişi psixoloji və iqtisadi zorakılığa məruz qalıb.


Axar.az xəbər verir ki, bu barədə Report-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.


Qeyd edilib ki, 2025-ci il ərzində məişət zorakılığı ilə əlaqədar komitəyə ümumilikdə 558 müraciət daxil olub.


Müraciətlərin 83-ü kişilərin, 539-u qadınların, 515-i isə uşaqların zorakılığa məruz qalması ilə bağlıdır.


Dövlət komitəsinə məişət zorakılığı ilə əlaqədar daxil olan müraciətlərdən 169-u psixoloji, 35-i iqtisadi, 343-ü fiziki, 11-i cinsi zorakılıqla əlaqədar olub.

Mənbə axar.az

Oxşar Xəbərlər