İqtisadiyyat

SOCAR "TotalEnergies" ilə "Abşeron" yatağının işlənməsini müzakirə edib

08 Jan 2026, 13:16 1 baxış
SOCAR "TotalEnergies" ilə "Abşeron" yatağının işlənməsini müzakirə edib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və "TotalEnergies" şirkəti arasında "Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi istiqamətində atılan addımlar müzakirə edilib. Oxu.Az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb. Bildirilib ki, bu müzakirə SOCAR-ın prezidenti Rövşən Nəcəfin "TotalEnergies" şirkətinin baş vitse-prezidenti Martina Oppizi ilə görüşündə aparılıb. Görüşdə iki şirkətin birgə iştirakı ilə reallaşdırılan layihələrin icra vəziyyəti müzakirə olunub. O cümlədən tərəflər enerji sahəsində qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparıblar.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər