Cəmiyyət

Tərtərdə narkotik və odlu silah satan saxlanıldı - Foto

08 Jan 2026, 13:05 2 baxış
Tərtərdə narkotik və odlu silah satan saxlanıldı - Foto

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbir nəticəsində odlu silah və narkotik maddələrin satışını təşkil edən əvvəllər məhkum olunmuş Qorxmaz Əhmədov saxlanılıb.


Axar.az xəbər verir ki, ondan 1 ədəd "AK-74" avtomatı, həmin silaha aid daraq, 3 ədəd patron və yaşadığı ünvandan narkotik vasitə marixuana aşkarlanıb.


Q.Əhmədov silah-sursatı Tərtər rayonu ərazisində 1500 manata satmaq istəyib.


Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.


Araşdırma aparılır.

Mənbə axar.az

Oxşar Xəbərlər