Cəmiyyət

İlham Əliyev fərman imzaladı

08 Jan 2026, 13:18 2 baxış
İlham Əliyev fərman imzaladı

Prezident İlham Əliyev “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.


Axar.az fərmanın mətnini təqdim edir:


“Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 7 avqust tarixli 144 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 8, maddə 620 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:


1. 1-ci hissə üzrə:


1.1. birinci abzasda “aşağıdakı dövlət orqanlarına” sözləri “aşağıdakılara” sözü ilə əvəz edilsin.


1.2. 1.1-ci və 1.2-ci bəndlər müvafiq olaraq 1.2-ci və 1.3-cü bəndlər hesab olunsun və aşağıdakı məzmunda 1.1-ci bənd əlavə edilsin:


“1.1. Azərbaycan Respublikasının Prezidentinə:


1.1.1. kredit təşkilatının yenidən təşkili və ləğvi;”.


1.3. 1.2.1-ci yarımbəndə “kredit” sözündən əvvəl “Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırılmaqla,” sözləri əlavə edilsin.


2. 2-ci hissədə “1.1-ci” sözləri “1.2-ci” sözləri ilə əvəz edilsin.

Mənbə axar.az

Oxşar Xəbərlər