Cəmiyyət

Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılır

08 Jan 2026, 13:54 2 baxış
Bakıdan Əbu-Dabiyə birbaşa uçuşların sayı artırılır

Birləmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" şirkəti Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlara başlayacaq.


Axar.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.


Məlumata görə, Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək.


Qeyd edək ki, bundan əvvəl "Etihad Airways" iki ölkənin paytaxtları arasında birbaşa uçuşlara martın 2-dən başlanılacağını bəyan etmişdi.


Hazırda BƏƏ-nin "Air Arabia Abu Dhabi" şirkəti də Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir. Aviarsyeslər gündəlikdir.

Mənbə axar.az

Oxşar Xəbərlər