Cəmiyyət

Təyin olunmuş əlillik dərəcəsindən narazı olan vətəndaş NƏ ETMƏLİDİR?

08 Jan 2026, 12:22 2 baxış
Təyin olunmuş əlillik dərəcəsindən narazı olan vətəndaş NƏ ETMƏLİDİR?
"Əlillik təyinatının dərəcəsindən narazı olan vətəndaşlar yenidən qiymətləndirmə üçün onlayn şəkildə müraciət edə bilərlər". Oxu.Az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev DOST TV-nin efirində çıxışı zamanı deyib. O bildirib ki, əlillik təyinatı ilə bağlı qərar inzibati aktdır: "İnzibati icraat haqqında" Qanunun tələblərinə əsasən, vətəndaş inzibati aktdan narazı qaldığı təqdirdə həmin aktı qəbul etmiş orqana, eləcə də müsbət cavab almadığı halda məhkəməyə müraciət etmək hüququna malikdir. Biz bununla yanaşı dərhal həmin şəxslərin müraciətlərini həm yerində, həm də Tibbi-Sosial Ekspertiza Mərkəzində qəbul edirik və vətəndaşın təqdim etdiyi əsaslara operativ şəkildə yenidən baxılır. "Forma 88" üzrə qeyd olunmayan xəstəliklər mövcud olarsa, onlar da yenidən aşkarlanır və əlillik təyinatı ilə bağlı qərarın ağırlaşdırılmasına, yəni faiz dərəcəsinin artırılmasına zərurət olduğu müəyyən edilərsə, qanunauyğun şəkildə dərhal müvafiq tədbirlər görülür. Vətəndaş istənilən halda ərazi üzrə Tibbi-Sosial Ekspertiza Komissiyasına yenidən qiymətləndirilməsi üçün müraciət edə bilər. Eyni zamanda, onlayn növbə sistemi vasitəsilə Agentliyin rəsmi veb-saytı üzərindən onlayn növbə götürməklə heç bir əlavə gözləmə olmadan, mövcud tibbi sənədləri ilə Bakıda yerləşən Tibbi-Sosial Ekspertiza Mərkəzimizə müraciət edə bilər. Bu üsul daha effektiv və operativ qərarın verilməsi baxımından faydalıdır. Çünki Tibbi-Sosial Ekspertiza Mərkəzimizdə müvafiq istiqamətləri üzrə qurulmuş müasir tibbi avadanlıqlar mövcuddur və bu da nəticələrin qısa müddətdə müəyyən edilməsinə imkan verir". Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər