Cəmiyyət
Naxçıvanda Vergilər İdarəsinin rəisi vəzifəsindən çıxarıldı: Müavin təyin edildi
Naxçıvan Muxtar Respublikasının Dövlət Vergi Xidmətinin (DVX) Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi tutduğu vəzifədən azad olunub. Oxu.Az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq əmr imzalanıb. Əmrə əsasən, Məhəmməd Xəlil oğlu Əhmədov Naxçıvan Şəhər Vergilər İdarəsinin rəisi vəzifəsindən çıxarılıb. O, digər əmrlə muxtar respublikadakı 2 saylı Ərazi Vergilər İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.
Mənbə
oxu.az