Cəmiyyət

Ötən il vətəndaşlara neçə reabilitasiya vasitəsi verilib?

08 Jan 2026, 13:00 2 baxış
Ötən il vətəndaşlara neçə reabilitasiya vasitəsi verilib?
"Ötən il ümumilikdə 13 700 nəfərə 211 mindən çox reabilitasiya vasitəsi verilib ki, bu da 2024-cü il illə müqayisədə 118 faiz artım deməkdir". Oxu.Az xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyətinin sədri Ramin Rzayev DOST TV-nin efirində çıxışı zamanı deyib. Onun sözlərinə görə, Tibbi-Sosial Ekspertiza Komissiyasının həkim ekspertinin rəyinə əsasən, əlillik təyinatı aparılarkən vətəndaşın ehtiyacı əsasında bir neçə reabilitasiya vasitəsi verilə bilir. Burada vətəndaşın sağlamlıq imkanları nəzərə alınır. Ramin Rzayev vurğulayıb ki, verilən reabilitasiya vasitələrindən 6500-ə yaxını təkərli (motorlu və mexaniki) oturacaqlar, 7 000-dən çoxu isə protez və dayaq vasitələridir. O vurğulayıb ki, bütün bu vasitələr dövlət büdcəsi hesabına tam təmənnasız vətəndaşlara təqdim edilir. Sədr xatırladıb ki, 2024-cü ildə 12 100 nəfərə 97 000 reabilitasiya vasitəsi verilmişdi. Aygün Mirakif
Mənbə oxu.az

Oxşar Xəbərlər