İqtisadiyyat

Mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR: Daha 222 tam təmirli mənzil vətəndaşlara təqdim edilir

08 Jan 2026, 11:48 1 baxış
Mənzil sahibi olmaq istəyənlərə ŞAD XƏBƏR: Daha 222 tam təmirli mənzil vətəndaşlara təqdim edilir
İpoteka və Kredit Zəmanət Fondu (İKZF) satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində Sumqayıt şəhəri, Sülh prospektində yerləşən yaşayış kompleksində 222 yeni, tam təmirli mənzilləri vətəndaşlara təqdim edir. Yaşayış sahəsi 1, 2 və 3 otaqlı olmaqla, aylıq ödənişləri 347 manatdan başlayır. Oxu.Az fonda istinadən xəbər verir ki, yeni mənzillər seçim üçün 15.01.2026-cı il tarixində saat 15:00-dan etibarən açıq olacaq. Vətəndaşlar təqdim olunan yaşayış sahələrinin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər. Müraciətlərin qəbulu və mənzil seçimi Elektron Hökumət İnformasiya Sisteminə (e-gov.az) inteqrasiya edilmiş Elektron İpoteka və Kredit Zəmanət sistemi üzərindən həyata keçirilir. Yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi qaydası, müraciətlərin qəbulu, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı fondun internet səhifəsi və rəsmi "YouTube" kanalından, həmçinin "1549" çağrı mərkəzindən əldə etmək mümkündür. Qeyd edək ki, indiyə qədər satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlarla 9 077 kirayə müqaviləsi bağlanıb. Elmidar Əliyev
Mənbə oxu.az

Oxşar Xəbərlər