Cəmiyyət
Bakıdan Əbu-Dabiyə BİRBAŞA UÇUŞLAR başlayacaq
Bakıdan Əbu-Dabiyə birbaşa uçuşlar başlayacaq. Bu məlumat Oxu.Az-ın sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan verilib. Qeyd olunub ki, uçuşları Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" şirkəti həyata keçirəcək. "Bakı-Əbu-Dabi aviareyslərinin yerinə yetirilməsinə iyunun 15-dən start veriləcək", - deyə məlumatda bildirilir. Xatırladaq ki, hazırda BƏƏ-nin "Air Arabia Abu Dhabi" şirkəti gündəlik olaraq Bakıdan Əbu-Dabiyə və əks istiqamətdə birbaşa uçuşlar həyata keçirir. Əzizə İsmayılova
Mənbə
oxu.az