Cəmiyyət
Sevinc Kərimova ilə vida mərasimi başa çatıb
Dünən axşam saatlarında dünyasını dəyişən, "Karvan" musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova ilə vida mərasimi başa çatıb. Oxu.Az-ın məlumatına görə, vida mərasimi paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində, mərhumun evində baş tutub. Mərhum dəfn olunması üçün Qala kənd qəbirstanlığına aparılır. Dünən axşam saatlarında dünyasını dəyişən, "Karvan" musiqi qrupunun təsisçisi, Azərbaycanın ilk qadın klip rejissoru və prodüseri Sevinc Kərimova ilə vida mərasimi keçirilir. Oxu.Az-ın məlumatına görə, vida mərasimi paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində mərhumun evində başlayıb. Vida mərasimində mədəniyyət nazirinin müşaviri Cahangir Səlimxanov, bəstəkar, Əməkdar incəsənət xadimi Vaqif Gərayzadə, mərhumun ailə üzvləri, yaxınları iştirak edirlər. Qeyd edək ki, Sevinc Kərimova uzun müddət ailəsi ilə birlikdə ABŞ-də yaşayıb və bu yaxınlarda Bakıya qayıdıb. O, dünən axşam saatlarında dünyasını dəyişib.
{{gallery}} Samir Əli
{{gallery}} Samir Əli
Mənbə
oxu.az