Cəmiyyət
Salyanda ağır qəza: XƏSARƏT ALANLAR VAR
Salyanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Oxu.Az xəbər verir ki, hadisə Ələt-Astara magistralının rayonun "PMK-9" deyilən ərazisində qeydə alınıb. Hadisənin baş verməsinə səbəb "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq yolun kənarındakı maneəyə çırpılması olub. Yaralılar Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Oxu.Az-ın sorğusuna cavab olaraq Salyan Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, yol-nəqliyyat hadisəsi ilə əlaqədar yanvarın 8-də, saat 04:50-də Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə dörd nəfər (iki qadın, iki kişi olmaqla) hospitalizasiya olunub. "Müxtəlif bədən xəsarətləri alan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir, vəziyyətləri orta ağırdır", - deyə məlumatda bildirilir. Əzizə İsmayılova
Mənbə
oxu.az