İqtisadiyyat
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edildi
COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib və ləğvetmə komissiyası yaradılıb. Oxu.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 30 dekabr 2025-ci il tarixli əmri ilə COP29 Azərbaycan Əməliyyat Şirkəti ləğv edilib. Şirkətin kreditor borcları ilə əlaqədar iddialar iki ay müddətində Komissiyaya təqdim edilməlidir. Göstərilən müddətdən sonra iddialara baxılmayacaq. Elmidar Əliyev
Mənbə
oxu.az