Cəmiyyət
Avtomobil kanala aşdı: İkisi azyaşlı olmaqla dörd nəfərin XİLASEDİLMƏ GÖRÜNTÜLƏRİ
Beyləqanda avtomobildə köməksiz vəziyyətdə qalan dörd nəfər xilas edilib. Bu barədə Oxu.Az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Nazirlikdən bildirilib ki, "112" qaynar telefon xəttinə Beyləqan rayonu, Allahyarlı kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub: "Dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Beyləqan Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb ediliblər. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən VAZ markalı minik avtomobilinin idarəetməni itirərək su kanalına düşdüyü və vətəndaşların nəqliyyat vasitəsində köməksiz vəziyyətdə qaldığı müəyyən olunub. Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən operativ xilasetmə tədbirləri nəticəsində avtomobildə köməksiz vəziyyətdə qalan ikisi azyaşlı olmaqla dörd nəfər xilas edilərək təcili tibbi yardım briqadasına təhvil verilib".

Mənbə
oxu.az
Oxşar Xəbərlər