Cəmiyyət

Hansı ərazilərdə duman müşahidə edilir?

08 Jan 2026, 09:32 2 baxış
Hansı ərazilərdə duman müşahidə edilir?
Azərbaycanın bəzi yerlərində dumanlı hava şəraiti davam edir. Oxu.Az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, eyni zamanda Naxçıvan, Şəmkir, Quba, Qusar, Yevlax, Göyçay, Zərdab, İmişli, Sabirabad, Neftçala və Biləsuvarda duman müşahidə olunur. Görünüş məsafəsi Bakıda və Abşeron yarımadasında 50-500, bölgələrdə isə 200-700 metrədək məhdudlaşır. Dumanlı hava şəraitinin yanvarın 9-da axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.
Mənbə oxu.az

Oxşar Xəbərlər