Cəmiyyət

Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə qatarların hərəkət qrafiki açıqlanıb

07 Jan 2026, 19:42 2 baxış
Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə qatarların hərəkət qrafiki açıqlanıb
12 yanvar 2026-cı il tarixindən fəaliyyətə başlayacaq Gəncə-Qəbələ-Gəncə marşrutu üzrə qatarların hərəkət qrafiki açıqlanıb. Oxu.Az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb. Bildirilib ki, qatarlar hər gün saat 10:10-da Gəncə Dəmiryol Vağzalından Qəbələ istiqamətinə, saat 18:00-da isə Qəbələdən Gəncəyə hərəkət edəcəklər. Səfərin ümumi müddəti 1 saat 50 dəqiqə təşkil edəcək. Bu reys Bakıdan Qəbələyə və əks istiqamətə hər gün səfər etməyə də imkan verəcək. Belə ki, Bakı-Qazax qatarı ilə saat 10:50-də Ləki stansiyasına çatıb, daha sonra saat 11:12-də Gəncə-Qəbələ istiqamətində hərəkət edən qatarla Qəbələyə səfər etmək mümkün olacaq. Sərnişinlər Qəbələ-Gəncə qatarından istifadə edərək saat 18:45-də Ləki stansiyasına çatıb, saat 19:02-də Qazax-Bakı qatarı ilə Bakıya gələ bilərlər. Sərnişinlərə oturacaq tipli müasir elektrik qatarları ilə xidmət göstəriləcək. Qatarlarda standart, standart+, biznes və birinci siniflər üzrə səyahət imkanları təklif olunacaq. Biletlərin minimal qiyməti Gəncə-Qəbələ istiqamətində 4.30 AZN, Ləki-Qəbələ istiqamətində isə 1.70 AZN təşkil edir. Sərnişinlər marşrut üzrə Goran, Yevlax, Ləki və Ağdaş stansiya və dayanacaqlarından da istifadə edə biləcəklər. Qeyd edək ki, biletləri ADY-nin rəsmi veb-saytı və "ADY Mobile" tətbiqi vasitəsilə əldə etmək mümkündür.
{{gallery}}
Mənbə oxu.az

Oxşar Xəbərlər