Cəmiyyət
Gəncədə Milad bayram qeyd olundu: "Bir-birimizə anlayış göstəririk"
Gəncə şəhərində pravoslav xristian icması Milad bayramını qeyd edib. Bununla bağlı Baku TV videomaterial hazırlayıb:
Aleksandr Nevski Rus Pravoslav Kilsəsində dualar oxunub, ayinlər icra edilib. Mərasimdə iştirak edənlər şəhərdə hökm sürən tolerant mühitdən məmnunluqlarını ifadə ediblər. "Bir-birimizə anlayış göstəririk. Ətrafımda olanların hamısı inanclı insanlardır, əksəriyyəti namaz qılır, onlar mənə çox hörmətlə yanaşırlar. Həmişə Milad, Pasxa kimi bayramlarımı təbrik edirlər", - deyə Yelena İqorovna söyləyib.

Mənbə
oxu.az
Oxşar Xəbərlər